Beynəlxalq Əməkdaşlıq

LinkedIn (Peşəkar biznes platforması)

 

Azerbaijan HR Institute – LinkedIn ilə əməkdaşlıqda yeni mərhələ!

Qürurla paylaşırıq ki, Azerbaijan HR Institute LinkedIn-in Talent Channel Partner proqramı çərçivəsində “SILVER” statusuna yüksəlib. 

Bu status HR və istedad idarəçiliyi sahəsində qlobal standartlara uyğun fəaliyyətimizin, peşəkar yanaşmamızın və beynəlxalq əməkdaşlıqlarımızın daha bir göstəricisidir.

Əməkdaşlığımız çərçivəsində LinkedIn RecruiterLinkedIn Learning və Talent Insights alətləri üzrə bilik, təcrübə və imkanların paylaşılmasını əhatə edir. Bu alətlər vasitəsilə HR və liderlik mütəxəssislərinə istedadların cəlbi, inkişafı və strateji planlanması sahəsində data əsaslı yanaşmalar təqdim olunur:

  • * HR peşəkarları üçün LinkedIn Recruiter vasitəsilə effektiv istedad axtarışı və işə qəbul yanaşmaları;
  • * LinkedIn Learning üzərindən qlobal səviyyədə tanınan təlim və inkişaf resurslarına çıxış;
  • * Talent Insights ilə əmək bazarı trendlərinin, bacarıq boşluqlarının və istedad dinamikasının analizi;
  • * Birgə tədbirlərdə, layihələrdə və maarifləndirici təşəbbüslərdə iştirak imkanları.

“Silver” statusu qlobal HR ekosistemində daha güclü əlaqələr qurmaq, yerli mütəxəssislərin beynəlxalq resurslara çıxışını genişləndirmək və Azərbaycan HR bazarının inkişafına daha böyük töhfə vermək üçün yeni mərhələnin başlanğıcıdır.

Əlavə məlumat və əməkdaşlıq üçün:
+994 51 588 31 99
info@hrinstitute.az