
Azərbaycan HR İnstitutu şirkətlərin və peşəkarların inkişafını dəstəkləyən innovativ həllər portfelinə daxil olan Golingua platformasını təqdim edir.
Golingua korporativ xarici dil və kommunikasiya inkişaf platforması olaraq şirkətlərə əməkdaşlarının dil bacarıqlarını beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirmək, inkişaf etdirmək və təlim prosesini vahid sistem üzərindən idarə etmək imkanı yaradır.
Müasir biznes mühitində xarici tərəfdaşlarla effektiv ünsiyyət, beynəlxalq layihələrdə iştirak və qlobal bazarlara çıxış üçün güclü dil və kommunikasiya bacarıqları vacib amillərdəndir. Lakin aparılan təhlillər göstərir ki, beynəlxalq standartlara əsaslanmayan qiymətləndirmələr və praktik danışıq bacarıqlarının kifayət qədər inkişaf etməməsi şirkətlər üçün həm vaxt, həm də maliyyə baxımından əlavə xərclər yaradır.
Golingua vasitəsilə şirkətlər aşağıdakı üstünlüklərdən faydalana bilərlər:
■ Əməkdaşların xarici dil səviyyəsinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi
■ İngilis dili və digər xarici dillər üzrə peşəkar təlim proqramları
■ Praktik danışıq və biznes kommunikasiya bacarıqlarının inkişafı
■ Fərdiləşdirilmiş təhsil və inkişaf yolları
■ Canlı onlayn dərslər və interaktiv öyrənmə mühiti
■ Təlim prosesinin monitorinqi, hesabatlılıq və nəticələrin izlənilməsi
■ Korporativ ehtiyaclara uyğunlaşdırılmış təlim həlləri
Golingua platforması istifadəçilərini ödənişsiz sınaq dərsləri, speaking fəaliyyətləri, sürpriz hədiyyələr və xüsusi launch endirimləri ilə qarşılayır.
Ətraflı məlumat və əməkdaşlıq üçün buradan müraciət edə bilərsiniz.
Əlaqə məlumatları:
📞+994 51 588 31 99
📩 info@hrinstitute.az